Müqavilə nümunəsi

Naxçıvan şəhəri                                                                                       “___”____________

 

Bundan sonra Universitet adlandırılacaq “Naxçıvan Dövlət Universiteti” bir tərəf və “əcnəbi tələbə” adlandırılacaq _________________________ digər tərəf aşağıdakı məzmunda Müqavilə bağladılar.

 

  1. Müqavilənin predmeti

 

Naxçıvan Dövlət Universiteti ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında ________təhsil səviyyəsinə uyğun ________________ ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün ___ manat məbləğində təhsil haqqının Universitetə ödənilməsini öhdəsinə götürür.

 

  1. Tərəflərin vəzifələri

 

2.1. Universitet:

 

2.1.1. əcnəbi tələbə tədris ili başlananadək illik təhsil haqqının azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun Universitetə qəbulu haqqında əmr verir;

 

2.1.2. tədrisin dövlət təhsil standartlarına uyğun olaraq, ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları ilə müəyyən olunmuş kompetensiyalara (səriştələrə) uyğun mütəxəssis hazırlığını təmin edir;

 

2.1.3. əcnəbi tələbəyə ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradır;

2.1.4. əcnəbi tələbəni  təhsil  prosesi  və  daxili  intizam qaydaları ilə tanış edir və ona hüquq və vəzifələrini izah edir;

2.1.5. əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd verir.

 

 

2.2. Əcnəbi tələbə:

 

2.2.1. seçdiyi ixtisas üzrə tədris planı əsasında təhsil almaqla, tələb olunan kreditləri toplayır;

 

2.2.2. təhsil haqqını illik əsaslarla ____ tarixədək universitetin bank hesabına ödəyir;

 

2.2.3. Universitetin daxili intizam qaydalarına riayət edir.

 

2.2.4. Universitetə Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini Universitetə təqdim edir.

 

  1. Müqavilənin əlavə şərtləri

 

3.1. Universitet aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir:

 

3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə;

 

3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə;

 

3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda.

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.

3.2. Əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə Universitetdən xaric olunduqda, ödənilmiş təhsil haqqı geri qaytarılmır.

3.3. Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

3.4. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 eyni nüsxədə tərtib edilmiş, bir nüsxəsi Universitetdə əcnəbi tələbənin şəxsi işində, digər nüsxəsi isə əcnəbi tələbənin özündə saxlanılmışdır.

 

Əcnəbi tələbənin adı, soyadı və atasının adı: _____________________________

 İmza: ______________

 Ünvan: ________________

 

Rektor:

 İmza: ______________

 Ünvan: Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012

 

VÖEN: 0200150211

Tel: (+99436) 544-08-61

Faks: (+99436) 545-72-88

E-mail: info@ndu.edu.azadmin@ndu.edu.az